“Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.”
HEYDƏR ƏLİYEV
HEYDƏR ƏLİYEV
Vətəndaşların müraciəti
Hörmətli Bakı sakinləri!
Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.İctimaiyyətin nəzərinə

Operativ məlumatlar
Gündəlik kriminal xronika
Vətəndaşların qəbulu və müraciətləri

Qəbul qaydaları
Müraciətlərə baxılma qaydası
Vətəndaşların müraciətləri
İnformasiya sorğusu
Daxili İşlər Nazirliyi
Daxili İşlər NazirliyiBAKI ŞƏHƏR BAŞ POLIS İDARƏSI VƏ BAKI ŞƏHƏR PROKURORLUĞUNUN BIRGƏ MƏLUMATI
29 mart 2010Cari il martın 23-nə keçən gecə Bakı şəhər sakini Seyfəddin Abbasova naməlum şəxs tərəfindən bıçaqla ağır xəsarət yetirilməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanılmış cinayət işi üzrə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayətdə şübhəli qismində Cəlilabad şəhər sakini Ceyhun Zərbəliyev saxlanılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun həyat yoldaşı Sədaqət Abbasovanı hələ uşaq yaşlarından tanımaqla Cəlilabad şəhərində qonşu olmuşlar. 2009-cu ilin iyun-avqust aylarında, Sədaqət Abbasova Cəlilabadda olarkən, əri ilə soyuq münasibətdə olduğunu Ceyhun Zərbəliyevə bildirmiş və bundan sonra onlar müntəzəm telefon əlaqəsi saxlamışlar. Bu əməllər Sədaqət Abbasova Bakıya qayıtdıqdan sonra da davam etmiş və biri-birlərinə müxtəlif məzmunda mesajlar göndərmişlər.
Seyfəddin Abbasov mesaj göndərənin Ceyhun Zərbəliyev olduğunu öyrənib ona zəng etmiş, lakin sonuncu tərəfindən təhqirə və hədə-qorxuya məruz qalmışdır.
Martın 22-də saat 24.00 radələrində isə Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun Bakıda yaşadığı mənzilə gəlib həyat yoldaşının, bacısının və azyaşlı uşaqlarının yanında münaqişə yaradaraq bıçaqla qarın nahiyəsinə ağır xəsarət yetirmişdir. Ertəsi gün Ceyhun Zərbəliyev polis əməkdaşları tərəfindən yaxalanmış, həmçinin cinayətin aləti olan gizlətdiyi bıçaq tapılaraq müvafiq qaydada sənədləşdirilmişdir.
O, istintaq prosesində törətdiyi cinayət əməlini tam etiraf etmiş və barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə martın 24-də saat 18.00 radələrində Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasına göndərilmişdir. Martın 25-i saat 01 radələrində təcridxananın əməkdaşları, Ceyhun Zərbəliyevin özünü əynindəki idman gödəkçəsinin parçasından istifadə etməklə tək saxlanıldığı kameranın pəncərəsinin dəmir barmaqlığından asaraq intihar etdiyini aşkarlamışlar.
Dərhal hadisə yerinə dəvət olunmuş rayon prokurorluğunun əməkdaşları hal şahidlərinin iştirakı ilə intiharın baş verdiyi yerə və meyitə baxış keçirmişlər.
İlkin xarici baxış, həmçinin Məhkəmə-Tibbi Ekspertizası Birliyinin Nəsimi rayon şöbəsi tərəfindən Ceyhun Zərbəliyevin meyitinin qohumlarının iştirakı ilə müayinəsi zamanı mərhumun boyun nahiyəsində özünü asma nəticəsində əmələ gəlmiş xarakterik şırımdan başqa bədənində hər hansı digər xəsarət əlaməti aşkar edilməmişdir.
Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işinin istintaqı davam etdirilir.
Eyni zamanda, fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti təhqiqatın nəticələrinə görə, qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən sayıqlığı itirmiş Müvəqqəti Saxlama Təcridxanasının hadisə baş verdiyi gün növbədə olmuş 3 əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

© 2008 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Bakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi