KRİMİNAL XRONİKA

Əsas səhifə

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən...

25.05.2017

Mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı RPİ 31-ci PB-yə məlumat daxil olub. 31-ci PB əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.

Mayın 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqələrindən birində orada işləyən Bakı şəhər sakini Saleh Həmidli qəsəbə sakini Mayis Məmmədova məxsus “Priora” markalı avtomobili qaçırıb. O, avtomobili qəsəbə ərazisində idarə edərkən maneəyə vurub, xəsarət alan olmayıb. S.Həmidli Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-də Bakı şəhər sakini Cəlil Rəşidovun “Hyundai” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Samir Aydınov tutulub.

Mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Mayın 25-də saat 18 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Şərafəddin Uruxov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.