KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon ərazisində...

23.07.2017

  Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon ərazisində 7 avtomobildən akkumulyator, mobil telefon, sənəd və fotoaparat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Şirinov tutulub. Ondan 1,510 qram heroin götürülüb.

 Səbail RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər saxlanılaraq barələrində protokollar tərtib edilib.