KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-dan 31-dək olan müddətdə rayon ərazisindəki...

09.02.2018

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-dan 31-dək olan müddətdə rayon ərazisindəki 1 daş karxanasından, 2 avtomobildən elektrik naqili və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahbaz Əliyev tutulmuşdur. Ondan narkotik vasitə olan heroin də götürülmüşdür.

Fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.