KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini...

15.02.2018

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də  Bakı şəhər sakini Xəzər Kərimlinin 480 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Ağayev saxlanılmışdır. 

Fevralın 14-də Şamaxı rayon sakini Teymur Əsədovu aldadaraq mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 17-də Bakı şəhər sakini Ceyhun Qədirovun cibindən mobil telefon, Məleykə Hacıyevanın avtomobilindən isə 30 manat pul və geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.