KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından...

18.03.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompyuter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanılıblar.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.  

Suraxanı  Rayon Polis İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar -  Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Martın 18-də Nərimanov rayonu ərazisindəki evlərdən birinin zirzəmisində təmir işləri aparan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nəriman Cəfərov silah-sursat tapması barədə 16-cı Polis Bölməsinə məlumat vermişdir.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 1 ədəd avtomat silahı, 254 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.