KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa...

12.04.2018

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib. Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən martın 8-də Bakı şəhər sakini H.İbrahimova məxsus avtomobildən ehtiyat təkəri,  habelə 2 paytaxt sakininin velosipedlərini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan yeniyetmə saxlanılmışdır. 

Aprelin 12-də saat 12 radələrində Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini Akif Hüseynovun idarə etdiyi “MAN” və Abşeron rayon sakini Ələddin Eyvazovun idarə etdiyi “Changan” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Eyvazov orada ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurmuşdur. Nəticədə G.Rəfiyeva hadisə yerində ölmüş, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.