KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

15.04.2018

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 9-dək olan müddətdə rayon ərazisindəki 3 avtomobildən və 1 evdən pul, 2 ədəd mobil telefon, qızıl boyunbağı və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov saxlanılmışdır.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Baxşızadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Samir Muradov saxlanılmışdır.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.  Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porche” markalı avtomobildən 20.000 ABŞ dolları, “Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində  ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.    Belə ki, aprelin 13-də saat 18.30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb.  R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.