KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs...

20.04.2018

Aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etmiş, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döymüş, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.
Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılmışlar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülmüşdür.
 
 
Mühafizə polisi əməkdaşlarının operativliyi və  ayıq-sayıqlığı nətisəsində oğurluğa cəhd edən daha bir şəxs cinayət başında yaxalanıb. 

Belə ki, aprelin 20-də axşam radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Zabrat-1 qəsəbəsinin Babək küçəsində yerləşən “Ayxan” marketdən Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektdən ümumi dəyəri 103 manatlıq spirtli içkiləri oğurlayıb qaçmaq istəyən bir nəfəri yaxalayıblar. Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxs maddi sübutla birlikdə aidiyyatı üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil veriblər.

Bölmədə aparılan araşdırmalarla onun əvvəllər məhkum edilmiş, paytaxtın  Binəqədi rayonunda yaşayan Anar Aslanov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.