KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də rayon ərazisindəki...

24.05.2018

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də rayon ərazisindəki mağazaların birindən 1273 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şahmurad Xudaverdiyev saxlanılmışdır.


Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən mayın 24-nə keçən gecə rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılmışdır.


Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Samir Əmirliyə məxsus “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Süleymanov saxlanılmış, avtomobil isə Y.Vəzirov küçəsində tapılmışdır.


Oğurluq etdiyinə görə tutulmuş Etibar Kərimovun ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 9-da rayon ərazisindəki evlərin birindən 150 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.