KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

16.07.2018

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Ziyadxan Əliyevin içərisində 800 manat, qızıl saat, gümüş dəsti və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Cahangir Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 1 ədəd xəncər götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.