KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Vyaçeslav Polişukin ətrafında Bakı ŞBPİ CAİ və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən...

18.07.2018

Oğurluq etdiyinə görə tutulmuş Vyaçeslav Polişukin ətrafında Bakı ŞBPİ CAİ və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində rayon ərazisindəki 4 evdən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.
Oğurluq etdiyinə görə tutulmuş Namiq Əliyevin ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 26-da S.Əliyevanın içərisində 470 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

İyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılmışdır.