KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 11-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində...

11.08.2018

Avqustun 11-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Gəncə şəhər sakini Qoca İsmayılov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Şərur rayon sakini Tural Cabbarova məxsus “Azsamand” markalı avtomobilə vurmuş və nəticədə Q.İsmayılov hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.


Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 10-da Türkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Z.Zamanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Səyyar İbrahimov saxlanılmışdır.


Binəqədi RPİ 7-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Emin Cabbarov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun həmin gün daha bir evdən qızıl əşyalar oğurlaması müəyyən edilmişdir.