KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış...

18.09.2018

Sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçmışdır. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçmışlar. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılmışlar.    Araşdırma aparılır.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Bakı şəhər sakini T.Vəliyevanın içərisində pulu, mobil telefonu və sənədləri olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Feyzullayev və Faiq Əliyev saxlanılmışlar.