Bakı şəhər  Baş Polis İdarəsi qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün Baş idarənin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir.

  • Katiblik (idarə səlahiyyətli)
  • Təşkilati-İnspektor İdarəsi
  • Növbətçi hissələri idarəetmə xidməti (şöbə səlahiyyətli)
  • Daxili Təhqiqatlar şöbəsi
  • Cinayət-Axtarış İdarəsi
  • İstintaq və Təhqiqat İdarəsi
  • Narkotiklərlə Mübarizə İdarəsi
  • Kriminalistik Tədqiqatlar şöbəsi
  • Əməliyyat və Statistik İnformasiya İdarəsi
  • İctimai Təhlükəsizlik İdarəsi
  • Dövlət Yol Polis İdarəsi
  • Qeydiyyat və şəxsiyyət vəsiqəsi İdarəsi
  • Kadrlar İdarəsi
  • Şəxsi Heyətlə İş üzrə qrupu
  • Maliyyə-Plan şöbəsi
  • Təchizat şöbəsi
  • Komendant tağımı
  • Polis qəzeti
  • Bakı Metropolitenində polis şöbəsi
  • Yetkinlik yaşına çatmayanların Müvəqqəti Təcridetmə Məntəqəsi
  • Əlahiddə konvoy Manqası

Katiblik (idarə səlahiyyətli)

Şəhər daxili işlər orqanlarının fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulunu, qeydiyyatını, vətəndaşların qəbulu, kargüzarlıq işini, BPİ-nin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilməsini, icra intizamına və məxfilik rejiminə nəzarəti, şifrteleqramalarla işi, normativ aktların çapı və çoxaldılması fəaliyyətini həyata keçirən struktur hissəsidir.


Təşkilati-İnspektor İdarəsi

BPİ üzrə təşkilati-nəzarət funksiyalarını şəhərdə mövcud kriminogen durumun kompleks təhlilinə əsasən hüquq-mühafizə vəzifələrinin həlli və əməliyyat-xidməti fəaliyyətin əsas yönümləri üzrə görüləcək işlərin planlaşdırılmasını, nəticələrinin ümumləşdirilməsini, bu məqsədlərlə BPİ xidmətlərinin, şəhər daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, ştat intizamına, ali hakimiyyət orqanlarının və DİN-in hüquqi-normativ aktlarının icrasına nəzarəti həyata keçirən struktur hissədir.


Növbətçi hissələri idarəetmə xidməti (şöbə səlahiyyətli)

Bakı şəhərində əməliyyat şəraitinə effektiv nəzarəti, qüvvə və vasitələrinin operativ idarə olunması və daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirən struktur hissədir.


Daxili Təhqiqatlar şöbəsi

Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrinin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquqlarına riayət edilməsinə nəzarəti həyata keçirən, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma, qanunçuluğun pozulması halları, polis əməkdaşlarının qanunazidd hərəkətlərindən şikayətlər, ərizə və məlumatlar üzrə xidməti təhqiqatın aparılması işini təşkil edən struktur hissədir.

Cinayət-Axtarış İdarəsi

Cinayət-Axtarış İdarəsi cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, xəbərsiz itkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən struktur hissədir.


İstintaq və Təhqiqat İdarəsi

Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasını, baş vermiş cinayət hadisəsi üzrə vaxtında cinayət icraatının başlanmasını, cinayətin baş vermə səbəb və şəraitinin, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayətin tezliklə açılmasını, onun bütün iştirakçilarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını həyata keçirən struktur hissələrdir.


Narkotiklərlə Mübarizə İdarəsi

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlaın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçilik və əməliyyat-axtariş fəaliyyətini həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq ərazi polis orqanlarındaki aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqəlandirən struktur hissədir.


Kriminalistik Tədqiqatlar şöbəsi


Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların aparılmasını təşkil edən, kriminalistik tədiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən struktur hissədir.

 

Əməliyyat və Statistik İnformasiya İdarəsi

Statistik məlumatların, hesabatların, məlumat banklarının yaradılmasını, bu banklarındakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni, cinayətlərin vahid statistikasının və BPİ sistemində statistikanın aparılmasını təşkil edən, məlumatların işlənməsi və ötrülməsi üzrə avtomatlaşdırılmış sistemim inkşaf etdirilməsini və təkmilləşdirilməsini, arayış-məlumat fəaliyyətini həyata keçirən struktur hissədir.
 

İctimai Təhlükəsizlik İdarəsi

İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə şəhər daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti həyata keçirən struktur hissədir.


Qeydiyyat və şəxsiyyət vəsiqəsi İdarəsi

Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafıq şəxsiyyət və qeydiyyat vəsiqələri verilməsini həyata keçirən struktur hissədir.
 

Dövlət Yol Polis İdarəsi

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarınin pozulması və yol-nəqiliyyat hadisələri üzrə inzibati icraatı həyata keçirən struktur hissədir.
 

Kadrlar İdarəsi

Ərazi polis orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə şəhər daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət funksiyalarını yerinə yetirir.


Şəxsi Heyətlə İş üzrə qrupu

Şəxsi heyətin mənəvi-pisxoloji tərbiyəsini, onlara humanizim ideyalarına, qanunlara, hüquqi və etik normalara, insan hüquqlarına hörmət hissinin aşlanmasını, əməkdaşların sosial-hüquqi müdafiəsini həyata keçirən struktur hissədir.


Maliyyə-Plan şöbəsi

Şəhər Daxili işlər orqanları əməkdaşlarının əmək haqqı və ödənişlərin işini təşkil edən struktur hissədir.


Təchizat şöbəsi

Xüsusi texnika və vasitələrlə, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən struktur hissədir.


Komendant taqımı


BPİ-in inzibati binasının buraxılış rejimini, inzibati binanın mühafizəsini, kommunal-istismar təminatını həyata keçirən struktur hissədir.


Bakı Metropolitenində polis şöbəsi


Metropolitenin və onun xüsusi obyektlərinin mühafizəsini və təhlükəsizliyini, eləcə də metro stansiyalarda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, baş vermiş hüquq pozuntularının qarşısının alınmasında profilaktiki tədbirləri həyata keçirir.