Xəbərlər

Əsas səhifə

Vətəndaşların nəzərinə

31.08.2015

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il sentyabr ayının 5-də, saat 10:00-da Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının sakinlərini Şəki şəhər-rayon Polis Şöbəsində qəbul edəcəkdir.

Qəbul başa çatdıqdan sonra, saat 12:00-da, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Şəki, Qax,Zaqatala,Balakən, Qəbələ, Oğuz rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Şəki şəhər-rayon polis şöbəsində sıra baxışı keçiriləcəkdir. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- müddətli həqiqi həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 14 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.

DİN Mətbuat Xidməti
13.08.2015