Xəbərlər

Əsas səhifə

QAYĞI VƏ TƏLƏBKARLIQ – VƏTƏNDAŞ MƏMNUNLUĞU

07.09.2015

Аzərbаycаn cəmiyyət¬ində qanunçuluğun davamlı olması üçün vətəndaş müraciətlərində qaldırılan məsələlərin öyrənilməsinə və həll edilməsinə rəvac verən möhkəm siyasi iradə mövcuddur. Hər bir vətəndaş dərk edir ki, hüquqları pozulduqda onun ilk ümid yeri, döвлət nümаyəndəsi – polisdir. Vətəndaş əmindir ki, onun müraciəti – şikayət, ərizə və təklifi diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulayır ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosialyönümlü olmalıdır.
 
Təsadüfi deyil ki, nazir mütəmadi olaraq bölgələrə səfər etməklə, vətəndaşların yerlərdə qəbulunu keçirir. Belə qəbullarda polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti yerindəcə həllini tapır, digərlərinin aidiyyəti qurumlara göndərilməsi təmin olunur. Şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən general-polkovnik Ramil Usubov onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verir.
 
Bütün bunlarda əsas məqsəd odur ki, fəaliyyətin şəffaflığı təmin olunsun və mövcudproblemlər yerindəcə həll olunsun. Doğrudan da təcrübə göstərir ki, şəffaflıq və sosial yönümlülüklə paralel vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi qanunçuluğu möhkəmləndirir. Vətəndaşların müraciətlərinə xüsusi diqqət və həsaslıqla yanaşılması, onların qəbulu işinin daha da təkmilləşdirilməsi DİN-in əsas strukturlarından biri kimi Bakı Şəhər BPİ-nin də özərinə mühüm vəzifələr qoymuşdur. Bakı Şəhər BPİ və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqətdə saxlanılır. İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın rəhbər tələblərinə əməl olunur. Bütün bunların nəticəsidir ki, fəaliyyətin göstəriciləri də ildən-ilə yaxşılaşır.
 
Bu sahədə sistemli şəkildə təşkilati - əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir. Müxtəlif istiqamətlər üzrə - vətəndaşların poçt, teleqraf, faks, elektron poçt, “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə, habelə qəbul zamanı və şifahi formada ünvanladığı müraciətlərə belə həssaslıqla yanaşılır. İndi hər bir vətəndaş polis orqanına getmədən baş verən, rastlaşdığı qanundankənar halla bağlı bu xidmətə zəng vurub məlumat vermək imkanına malikdir. Ümumən, belədir ki, polis, vəzifələrindən irəli hər bir “çağrış”a həsas yanaşır. Bütün bunlar vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu DİN-də normativ-hüquqi tələblər qarşısında hər bir polis əməkdaşının öhdəçiliyi var. Bu, daxili təhlükəsizliyi möhkəmləndirən başlıca amillərdən biridir. Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirrlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Bütün bunlar qanunçuluğu möhkəmləndirməklə, icra və uçot-qeydiyyat intizamını daha da təkmilləşdirmişdir.

Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının göclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqları Baş İdarə rəhbərliyi diqqətdə saxlayır. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.