Xəbərlər

Əsas səhifə

POLİS VETERANLARI TƏŞKİLATLANIR

16.12.2016

Tədbiri aparan Bakı şəhər BPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun bayram təbriklərini və tövsiyyələrini çatdıraraq, polisin cəmiyyət həyatında rolundan danışıb. 

Vurğulanıb ki, ictimai asayişin muhafizəsi və ictimai təhlükəsizliyin təmin olunması, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə, gənc əməkdaşlarla aparılan hamilik işində polis veteranların üzərinə mühüm vəzifələr düşür.

 Bu sahədə görülən işlərə DİN rəhbərliyi tərəfindən həsaslıqla yanaşıldığına toxunan polis polkovniki qeyd edib ki, bu işi daha da təkmilləşdirmək üçün veteranlarla işin təşkilinə dair tədbirlər planı hazırlanıb və icraya yönəldilib.
 
Azərbaycan polisinin daha çevik və peşəkar fəaliyyət göstərməsi, cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılması, ümumi işimizin nəticələrinin yüksəldilməsi ilə bağlı çıxış edən DİN Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovniki Fərhad Süleymanov polisin veteranlarının polis-vətəndaş münasibətlərinin dərinləşməsində fəallığının vacibliyinə toxunub.

 Fərhad Süleymanov polisin veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu qeyd edib. Respublikamızın daxili işlər naziri, general –polkovnik Ramil Usubovun tövsiyələrini xatırladan şura sədri xüsusi olaraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə peşəkar polis veteranlarına, onların təcrübəsinə böyük ehtiyac var.

Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov qeyd edib ki, DİN rəhbərliyinin veteranların fəaliyyətinin tənzimlənməsi və təşkilatlanması ilə bağlı qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrası diqqətdə saxlanılıb, bütün ərazi polis orqanlarında veteranlar şuralarının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, təkcə Bakı şəhər BPİ DYPİ-nin paytaxtın orta və ali təhsil müəssisələrində gənc əməkdaşlarla, eləcə də polisin fəaliyyəti ilə bağlı vətəndaşlarla 32 görüş təşkil olunub keçirilib.

Çıxışında Bakı BPİ DYP Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Əvəz Abbasov şəxsi heyət arasında mənəvi-psixoloji mühitin formalaşmasına toxunaraq qeyd etdi ki, polis orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsində veteranların təcrübəsinin, bilik və bacarıqlarından təşviq olunması diqqət mərkəzində saxlanılır. Xidmət illərində böyük təcrübə qazanmış sabiq əməkdaşların – polis veteranlarının hərəkət iştirakçıları arasında maarifləndirmə işinin aparılmasına öz layiqli töhfələrini verirlər.

Çıxışlarda polis orqanlarının rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açılıb və xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizə işində, asayişin qorunmasında, ölkəmizdə gedən inkişaf prosesinə yenidən öz töhfələrini verməsi üçün yaradılmış şəraitdən, ali diqqət və qayğıdan məmnunluq ifadə olundu.

Rəsmi hissədən sonra veteran polislərənin ünvanına təbrik məktubları oxunub, doğum günü olan veteranlar mükafatlandırlıb, ziyafət təşkil olunub.