Xəbərlər

Əsas səhifə

Məktəb-liseydə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib

15.03.2017

Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı və təşəbbüsü ilə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov çıxış edib. O, narkomaniyanın müasir cəmiyyətin bəlalarından biri olduğunu söyləyərək dünyada “ağ ölüm” qurbanlarının getdikcə artdığından narahatlığını ifadə edib.

Məktəbin direktoru Almaz Bayramova yeniyetmələrin narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin vacibliyi və ictimaiyyətin birgə fəaliyyətinin səmərəsi barədə danışıb.

Tədbir diskussiya formatında davam etdirilib.