Xəbərlər

Əsas səhifə

DİN inspektor-tərcüməçi vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

08.04.2017

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qurumun Aparatında vakant olan üç inspektor-tərcüməçi (sinxron ingilis dili) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprelin 5-dən mayın 05-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin DİN-in Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) Baş Kadrlar İdarəsinə şəxsən təqdim etməlidirlər.

Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün (012) 590-93-64; (012) 590-93-27 telefon nömrələri ilə əlaqə saxlamaq lazımdır.