Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən

14 aprel 2010
   2010-cu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq, Bakı şəhər BPİ paytaxt sakinlərini Şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsi istiqamətində fəal olmağa çağırır. Bakı şəhər BPİ Rayon Polis idarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunmuşlar. Mövcud qanunvericiliyə görə, vətəndaş 16 yaşına çatdıqda Şəxsiyyət vəsiqəsi almalıdır. 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itdikdə Şəxsiyyət vəsiqəsini bir ay ərzində dəyişdirməlidir. Nəzərdə tutulmuş hallarda və müddətdə Şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə, qüvvədən düşmüş hesab edilir. Qanunvericiliyə əsasən, Şəxsiyyət vəsiqəsi hər bir vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda AR vətəndaşlığını təsdiq edən sənədlər əsasında, ərazi üzrə Q və ŞV xidmətləri tərəfindən, müraciətdən ən geci 10 gün keçənədək verilir.