Xəbərlər

Əsas səhifə

Daxili işlər orqanlarının idmançı əməkdaşları qatıldıqları yarışlarda yüksək nəticələr qazanırlar

05.05.2017

Daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşlar ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda ən yüksək nəticələr əldə etdiyi kimi, məşqçilərimizin yetirmələri də qatıldıqları turnirlərdə fərqlənirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, bu yaxınlarda atçılıq idmanının konkur növü üzrə “Murad” kuboku uğrunda keçirilən yarışda qalib olan Sənan Məmmədov da polis məşqçinin yetirməsidir.

Ölkəmizdə bu qəbildən yarışların keçirilməsinə başlanandan ötən müddətdə yeni perspektivli idmançılar yetişib. Onların göstərdikləri nəticələr də yüksəlir. Son yarışda qalib olan S.Məmmədov da ümidverici idmançılardandır. Son yarışda o cıdıra çıxdığı xüsusi yetişdirilmiş atla 115 və 120 santimetrlik maneələri dəf edərək qələbə qazanıb.

Gənc idmançımız DİN İdman Cəmiyyətinin kiçik inspektoru, polis baş serjantı Samir Məmmədovun yetirməsidir. Samir Məmmədov vaxtilə qatıldığı konkur növü üzrə ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr qazanıb. Hazırda öz bilik və təcrübəsini gənclərlə bölüşür, ölkə idmançılarının beynəlxalq yarışlara hazırlanması üçün əlindən gələni əsirgəmir.