Xəbərlər

Əsas səhifə

Xətai Rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib

30.06.2017

Açılış mərasimində iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubova yeni binanın əsas parametrləri və texniki göstəriciləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, inşasına 2015-ci ilin martında başlanılıb. Ümumi sahəsi 3432 kvadratmetr olan dördmərtəbəli inzibati binadan əlavə, ərazidə yeməkxana və digər yardımçı binalar müasir standartlara uyğun tikilib. Bina bütün zəruri mərkəzləşdirilmiş mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib, yeni mebel və inventarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma, asfalt və işıqlandırma işləri yerinə yetirilib.

Nazir yeni binadakı xidməti otaqlar, müvəqqəti saxlama yeri və digər yardımçı sahələrlə yaxından tanış olub, ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb, görülən işlərdən razılığını bildirib.

Daha sonra Ramil Usubov yeni inzibati binanın akt zalında Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə görüşüb.

Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətimizin yüksək diqqət və qayğısına əməli işlə cavab verəcək, rayon ərazisində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.