Xəbərlər

Əsas səhifə

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

08.08.2017

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.