Xəbərlər

Əsas səhifə

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏN

07.10.2017

Oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.