Xəbərlər

Əsas səhifə

Narkomaniya ümumbəşəri bəladır

14.12.2017

Tədbirdə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayev başda olmaqla, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, İTŞ YYÇB-nin rəisi, polis mayoru Firdovsi Əsədli, rayon icara hakimiyyəti başçısının müavini Anar Tağıyev, Səhiyyə Nazirliyinin əməkdaşı Rüfət Rəhimov və idarənin Veteranlar şurasının üzvləri iştirak ediblər.

Məktəblilər qarşısında çıxış edən polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsi barədə ətraflı məlumat verib. O, bildirib ki, gənclərin narkomaniya cəlb olunmaması üçün hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Polis mayoru Firdovsi Əsədli də son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Xüsusilə diqqətə çatdırılıb ki, bu bəla ilə mübarizə aparmaq asan deyil, ancaq mümküdür. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Səhiyyə Nazirliyinin əməkdaşı Rüfət Rəhimov isə narkotik vasitələrin insan sağlamlığına, milli genofonda vurulan ağır zərbələr barədə ətraflı məlumat verib.

Görüş məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.