Xəbərlər

Əsas səhifə

Səyyar xidmətlər davam etdirilir

10.02.2018

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbir Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən Sulutəpə qəsəbəsində keçirilib. Xocasən Bələdiyyəsinin inzibati binasında keçirilən tədbir zamanı ümumilikdə 40 nəfərin sənədləri qəbul edilib. Onların əksəriyyəti ilk dəfə şəxsiyyət vəsiqəsi alırdı. Müraciət edənlərin qan qrupunu müəyyən etmək üçün 15 nömrəli Poliklinikanın tibb işçiləri də gəlmişdilər. 

Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Bu dəfə də polis əməkdaşları qəsəbə sakini, fiziki qüsurlu 13 yaşlı Aydan Əliyevanı yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onun yaşadığı ünvana gəlib, müvafiq sənədləri toplayıblar. 

Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları bu cür tədbirlərin digər qəsəbələrdə də keçiriləcəyini bildirdilər.