Xəbərlər

Əsas səhifə

Vətəndaşların nəzərinə

07.08.2018

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il avqust ayının 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki şəhər rayon Polis Şöbəsində qəbul edəcəkdir.

DİN Mətbuat Xidmətinin verdiyi məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.