Xəbərlər

Əsas səhifə

Silahsız özünümüdafiə üzrə növbəti təlim keçirilib

11.08.2018

Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının əməkdaşları ilə növbəti təlim məşq toplantısı keçirilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, DİN İdman Cəmiyyətində keçirilən bu toplantıda İdmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsiplərini açıqlayıb, hər bir polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Daha sonra həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədi ilə əməkdaşlarlar öz bacarıqlarını nümayiş etdiriblər.