Xəbərlər

Əsas səhifə

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

07.02.2015

Daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin fevral ayının 28-də Şirvan şəhərində keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla);

- boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm);

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.