Xəbərlər

Əsas səhifə

NARKOMANİYASIZ CƏMİYYƏT UĞRUNDA

18.03.2015

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da  Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvələr məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış umumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
 
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ-2107” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, umumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb. 
Faktla bağlı toplanmış matreallar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.
 
Bu bəlaya qarşı qəti mövqe tutan, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin ifşa olunması istiqamətində paytaxtın Sabunçu RPİ NMB 14-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü İlqar Kamil oğlu Quliyevdən 402 qram, Nizami RPİ NMB və 24-cü PB-nin əməliyyat qrupu Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Hüseynağa Allahverdi oğlu Məmmədovadan 1,80 qram qurudulmuş marixuana aşkar edərək götürüb. Şübhəli şəxs ətrafında davam etdirilən tədbirlərlə H.Məmmədova narkotik vasitəni satan əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Elçin Sadiq oğlu Məmmədhəsənov da müəyyən olunaraq tutulub. Onun mənzilindən 2 ədəd ayırı-ayırı qablarda,  əlavə 16 kibrit qutusu və gizli saxlanc yerindən 15 kiloqram 65,3 qram marixuana aşkarlanıb.
 
Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün paytaxt polisi sistemli olaraq iş aparır. Bu problemə kompleks yanaşma mövcuddur. Təhsil müəssisələrində dövlət və qeyri-hökumət təşkilatları ilə birgə maarifləndirici tədbirlər həyata keçirən polis narkotik cinayətinə  bulaşmış şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir, cəmiyyəti qayğılandıran narkomaniya bəlasının genişlənməsinə imkan vermir. Bu yolla  gəlir əldə etməyi qarşısına məqsəd qoyan şəxslərə qarşı kəsərli mübarizə öz konkret nəticələrini verir. Təhlil və ümümiləşdirmələr göstərir ki, paytaxtın bütün polis idarə və bölmələri səfərbər olub, narkomaniyasız cəmiyyət uğrunda mübarizə aparır.
 
Bu mübarizənin davamı olaraq Nəsimi polisi daha bir uğurlu əməliyyat  tədbiri keçirib. Belə ki, Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşları paytaxt sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Mahir Nazir oğlu Ağabəyovdan 0,260 qram heroin, Xırdalan şəhər sakini əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Novruz Şahin oğlu Həsənovdan 4,57 qram həşiş qətranı aşkar edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Yasamal RPİ NMB-nin əməliyyat qrupu Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü  Rahim Adil oğlu Fərzəliyevdən 455 qram marixuana,  Nərimanov RPİ NMB isə Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Cabbar Gəncamalı oğlu Gəncamalıyevdən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilərək ondan 1 kiloqram 220 qram heroin aşkarlayıb.
 
Paytaxt polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində hər bir fakt üzrə cinayət işi açılıb, şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. İfşa olunan şəxslərə qarşı müvafiq olaraq ittiham elan olunub, barələrində məhkəmənin hökmü ilə həbs-qəti imkan tədbirləri seçilib. 
 
POLİS QƏZETİ