Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

15.07.2017

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisində "Mercedes" markalı avtomobildən 25 manat pul və sürücülük vəsiəqəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Habil Əliyev və Rəşad Bayramlı tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların iyulun 8-də daha bir "VAZ-2107" markalı avtomobildən 20 manat pul və maqnitofon oğurlamaları da müəyyən edilib.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisində "Fiat" markalı avtomobildən 4.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əşrəfov tutulub.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 9-da V.Mahmudovanın 45 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Xeyrulla Məmmədzadə tutulub.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Hikmət Qurbanov və Orxan Qəzənfərovun ətraflarında Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin yanvar-fevral ayları ərazində rayon ərazisində 3 evdən məişət əşyaları, 60 metr elektrik naqili, 30 metr plastik boru, tir tüfəngi və təmir-tikinti aləti oğurlamaları da müəyyən edilib. 

İyulun 15-də saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini Elvin Ağayev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən paytaxt sakini Tamara Selinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır. 





Çap et  Çap et