Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyulun 28-də Binəqədi rayonu ərazisində Ramil Süleymanova məxsus “Peugeot” markalı...

06.08.2017

İyulun 28-də Binəqədi rayonu ərazisində Ramil Süleymanova məxsus “Peugeot” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emil Məstanov 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Avqustun 5-də saat 9.00 radələrində Binəqədi rayonunun R.İsmayılov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Abbas İsmayılov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini Qurban Qurbanov saxlanılıb.





Çap et  Çap et