Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Talıbovun ətrafında aparılan əməliyyat tədbirləri...

07.02.2018

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Talıbovun ətrafında aparılan əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 ədəd noutbuk, proyektor, 2 ədəd “TV-resiver”, 1 ədəd vebkamera, 2 ədəd domofon, 2 videokamera və 1 ədəd çanta oğurladığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən maddi sübutlar onun Gəncə şəhərində yaşadığı mənzilindən aşkar edilərək götürülüb. 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 1 həyətyanı sahədən su mühərriki, 4 avtomobildən akkumulyator oğurlamaqda  şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tofiq Süleymanov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 həyətyanı sahədən 5 baş qoyun, 70 metr elektrik kabeli və təmir-tikinti alətləri, habelə 1 avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Anar Mirabbasov və Cavid Həsənov saxlanılmışlar. 

Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyidinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. Meyidin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilib götürülərək ekspertizaya təqdim olunub. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib. İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanılıb. 

Fevralın 6-da Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın evindən oğurluq edilməsini bildirib. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzildən 4000 manat dəyərində qızıl əşyalarının oğurlandığı məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların qəsəbə sakinləri İsmayıl Abdullayev və Məhəmməd Yəhyayev olduqları müəyyən edilib.

DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib. Dərhal aidiyyatı üzrə həmin ünvana gələn Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın isə evindən 20000 manat və 400 ABŞ dollarının oğurlandığını bildirib. Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb. Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır. 





Çap et  Çap et