Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

13.05.2018

Oğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprel ayı ərzində 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir. 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 9-da H.Abdullayevanın 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Ramil Bəkirov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də  Şağan qəsəbəsinin ərazisində rayon telefon qovşağına məxsus 250 metr uzunluğunda kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsul oğlu saxlanılmışlar.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Mərdəkan qəsəbə sakini Qənbər Əliyevdən marixuana və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu yetişdirilmiş 170 ədəd çətənə kolu,  2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Mirzəyevə məxsus həyətyanı sahədən kultivsiya yolu yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilərək götürülüb.






Çap et  Çap et