Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

14.05.2018

Oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri olan 2 qadının 458 manat pulunu, mobil telefonlarını və sənədlərini oğurlaması da müəyyən edilmişdir.


Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  mayın 9-da Taciəddin Əliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini Şirxan Quliyev saxlanılmışdır. Ondan narkotik vasitə olan heroin götürülmüşdür.


Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  mayın 5-də Bakı şəhər sakini X.Tağıyevanın çantasından 400 manat pul, ətir və gümüş əşyalar, mayın 7-də isə A.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılmışdır.


Oğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsində 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et