Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə sentyabrın 27-də Bakı şəhər sakini...

08.10.2018

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə sentyabrın 27-də Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alnması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub. Məlumatlarla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır. 

Oktyabrın 7-də saat 1 radələrində Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 9-dan iyulun 4-dək olan müddətdə ümumilikdə 3 evdən qaz sayğacı, soyuducu mühərriki, kosmetik əşyalar, habelə idarələrdən birinə məxsus rezin borunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şamo Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Tuğay Purdarinin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyunun 4-dən iyulun 16-dək olan müddətdə rayon ərazisindəki 4 mağazadan pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et