Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏN

10.03.2018

Martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 





Çap et  Çap et