Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Ulu öndərin xatirəsinə həsr olunmuş idman oyunları keçirilir

14.04.2018

Aprelin 13-də DİN İdman Cəmiyyətində Bakı şəhər Baş Polis İdarəsinin tabeli idarə və şöbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubleyinə həsr olunmuş futzal turnirinin açılış mərasimi keçirilib.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə başladı.
Tədbirdə çıxış edən Bakı şəhər BPİ  Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov yarışların artıq ənənə halı aldığını vurğulayaraq, turniri polis əməkdaşlarının idman həyatında əlamətdar hadisə  kimi qiymətləndirdi. Ulu öndər Heydər Əliyevin bütün sahələrə, xüsusilə idmanın inkişafına diqqət və qayğı göstərdiyini xatırladan idarə rəisi bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi, ilk Avropa Oyunlarının, eləcə də “Formula-1” Avropa Qran Pri”  yarışları və İslam Həmrəyliyi Oyunlarının  məhz Bakıda keçirilməsinin dövlətimizin dünya miqyasında idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirdi.
Rəsmi açılış mərasimindən sonra yarışlara start verildi.
Qeyd edək ki,  futzal turnirində Bakı Qarnizonu üzrə 15 komanda iştirak edir. 

***
Aprelin 13-də Bakı şəhər BPİ-nin inzibati binasında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş şahmat yarışlarının da açılış mərasimi keçirilib. 
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən Bakı şəhər BPİ  Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov qeyd edib ki, hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ildönümünə həsr olunmuş bir çox tədbirlər, o cümlədən ənənəvi olaraq polis əməkdaşları arasında şahmat yarışları keçirilir. Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların hakimi, beynəlxalq dərəcəli hakim Cavanşir Bağırov iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, Bakı şəhər BPİ tərəfindən təşkil olunan yarışlar İsveçrə sistemi üzrə keçirilir. Turnirdə12 komanda tərkibində mübarizə aparan 36 polis əməkdaşı arasından komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən  olunacaq. 





Çap et  Çap et