KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov tutulub.

26.05.2017

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 21-də Gürcüstan vətəndaşı Orxan Yusubovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Süleymanov və Sumqayıt şəhər sakini Eldar Məmmədov tutulublar.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə nəticəsində mayın  25-də rayon ərazisindəki evlərdən birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov tutulub.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən mayın 18-də Z.Abıyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov tutulub.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nazim Alxasov müvafiq sənədi olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır. Araşdırma aparılır.