KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində...

03.06.2017

İyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb. Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Bakı şəhər sakini Fərid Musayevin “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Ruslan Cəfərov tutulub.

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Sübhan Quliyevin ətrafında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun aprelin 21-də rayon ərazisindəki mağazalardan birində, orada satıcı işləyən Bakı şəhər sakini Əbdülrəhim Hüseynova zor tətbiq edib 300 manat pulunu alması da müəyyən edilib.

İyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.