KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

07.06.2017

Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Əsgərovdan "TT" markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da  Bakı şəhər sakini Zaur Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sevda Ağayeva tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən iyunun 6-da Bakı şəhər sakini Seymur Əliyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Elnur Rəhimzadə tutulub. 

Daxil olan məlumat əsasında Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Ağakərim Həmidova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

İyunun 5-də  Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb. 
Araşdırma aparılır.