KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

11.06.2017

İyunun 11-də saat 22 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Nursəməd Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacıağa Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aprelin 18-də İlqar Quliyevə məxsus avtomobildən telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Osmanov tutulub.

Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən iyunun 7-də Aleksandr Anfinogenova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Faiq Əliyev, Fuad Kazımov və Arif Əhmədov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların 2 evdən pul, mobil telefon və inşaat materialları oğurlamaları da müəyyən edilib.

Daxil olan məlumat əsasında Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Mirelşad Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 2-də Bakı şəhər sakini Fəridə Xəlilovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İlkin Məmmədov tutulub.