KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

13.06.2017

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sergey Musayevdən 7 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Samir Hüseynovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 12-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Vasif İsmayılovun ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 10-da bir avtomobildən 1850 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 12-də rayon ərazisindəki iki həyətdən velosiped oğurlamaqda, habelə T.Süleymanova qarşı soyğunçuluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakini Xəyal Bayramov tutulub.

İyunun 13-də saat 12 radələrində Yasamal rayonu A.Bakıxanov küçəsində Bakı şəhər sakini Elnur Nəsirov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Turkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

İyunun 11-də saat 19 radələrində Yasamal rayonunun H.Cavid psospektində Bakı şəhər sakini Elşad Mehdiyev idarə etdiyi "VAZ-21713" markalı avtomobillə yolu keçən Rumiyyə Ağayevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada iyunun 13-də orada ölüb.    
Yasamal RPİ tərəfindən araşdırma aparılır.