KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

14.06.2017

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Vüqar Əliyev “İJ-58” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Qaz sayğacı oğurlamaqda şübhəli bilindiyinə görə tutulan Tərlan Sadıxovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun daha 4 fərdi yaşayış evinin qaz sayğaclarını oğurlaması da müəyyən edilib.

İyunun 14-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Gəncəvi Gənciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əhəd Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

İyunun 14-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini İlqar Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Abasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

İyunun 13-də saat 23 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini Baloğlan Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

İyunun 14-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Görülən tədbirlərlə avtomobil Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onu idarə edən paytaxt sakini Əli Cəfərovla birgə Xətai RPİ 37-ci PB-yə təhvil verilib.

Suraxanı RPİ 32-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 19-da və 26-da rayon ərazisində Bakı şəhər sakinləri olan iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Xəyal Bayramov tutulub.