KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

15.06.2017

Cari il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.

İyunun 14-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Xəyyam Qiyasbəylini döyərək mobil telefonunu alıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Babayev tutulub.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 20-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Tariyel Quliyev tutulub.

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Azim Şükürovun ətrafında Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 6-da bir qadına məxsus, içərisində 230 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.