KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

17.06.2017

Oğurluq etdiyinə görə tutulan Əli Əliyevin ətrafında Nəsimi RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 22-dən iyunun 10-dək olan müddətdə daha 3 nəfərə məxsus bankomat kartlarından internet vasitəsi ilə ümumilikdə 574 manat pul çıxararaq oğurlaması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tərlan Həsənovun ətrafında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayından cari ilin aprel ayınadək olan müddətdə 3 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.