KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

19.06.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məmməd Məhərrəmovdan ümumi çəkisi 20,015 qram, həyətyanı sahəsinə baxış zamanı isə 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də Bakı şəhər sakini Etibar Həsənova məxsus “Toyota” markalı avtomobildən 1100 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Samir Aydınov tutulub.

Nəsimi RPİ-nin əməkdaşları tərəfindən iyunun 12-də O.Zeynalovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Murad Həşimzadə və Masallı rayon sakini Araz Əliyev tutulublar.

Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 8 nəfər barəsində müvafiq tədbir görülüb.