KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

24.06.2017

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Məlikovdan "Naqan" markalı tapança və 3  ədəd patron götürülüb.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 3-də Bakı şəhər sakini Cavid İsayevin "Tofaş" markalı avtomobilindən içərisində 850 manat pul və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub. Onun mayın 17-də rayon ərazisindəki mağazalardan birindən 110 manat pul oğurlaması da müəyyən edilib.

Ə.Bədəlovun ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılan əlavə tədbirlərlə onun cari il may ayından iyun ayınadək olan müddətdə Yasamal rayonu ərazisində 1 avtomobildən 360 manat pul və mobil telefon, 1 aptekdən isə 300 manat pul və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması müəyyən edilib.

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Alı Tağıyevin ətrafında Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul, qızıl və məişət əşyaları olan çantasını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

İyunun 24-də  Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhadı bıçaqla qətlə yetirib.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.