KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində...

07.07.2017

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində rayon ərazisində 4 nəfərə məxsus avtomobillərdən pul, sənəd, kosmetik əşyalar və güzgülər oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Fuad Rəhimov tutulub. 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Hacıyevə və Elmar Əliyevə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şabran rayon sakinləri Tural Kərimov və Teymur Nəzərov tutulublar.

İyulun 7-də saat 23 radələrində Xətai rayonunun R.Quliyev küçəsində Bakı şəhər sakini Kamran Musayev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu  keçən paytaxt sakini Kamil Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 
Xətai RPİ tərəfindən araşdrma aparılır.